Qadınların əl və ayaqları nəyə görə üşüyür?

Son güncelleme: 05.03.2013 23:06
  • Qadın ailemi - Qadınların əl və ayaqları nəyə görə üşüyür?

    Qadınların dəmirə olan gündəlik ehtiyacı kişilərə nisbətən iki dəfə çox olsa da onların əl və ayaqlarının çox vaxt soyuq olmasının səbəbi əslində tamamilə başqadır. Belə ki, qadınlarda daha çox rast gəlinən əllərin və ayaqların davamlı olaraq üşüməsinin səbəbi qan damarlarındakı daralmadır.

    İngiltərənin "Daily Mail" qəzetinin internet saytında dərc olunan xəbərə görə, kapilyar damarların reallaşdırdığı mikrosirkulyasiya sayəsində dərimiz daim isti qalır. Ancaq bədən soyuq hava ilə qarşılaşdığı anda kapilyar damarlar sanki "bağlanır" və ürək, ağciyər kimi həyati əhəmiyyətli daxili orqanları isitmək üçün işləməyə başlayır.

    Bu proses tibbdə qan damarlarında daralma adlanır. Soyuqda qaldığımız zaman qol və qıçlara dəqiqədə orta hesabla 0.02 litr daha az qan gedir. Bu bəzən iki və ya üç litr də ola bilir.Yəni bu, bədənnin istiliyinə əhəmiyyətli dərəcədə təsir edəcək miqdardır. Odur ki, soyuq havalarda əllərin və ayaqların bədəndəki ən soyuq yer olmasının, hətta bəzən göyərməsinin səbəbi bundan ibarətdir.

    Alıntı..
#05.03.2013 23:06 0 0 0