Mən adam külüyəm, ya kağız külü

Son güncelleme:
  • Ömür haqqında şeirler - Kül olmaq haqqında şeirler - Mən adam külüyəm, ya kağız külü şeirin oxu


    Bu ömrü kağıza köçürmüşəm mən,-
    mən adam külüyəm, ya kağız külü?
    Yandım, ürəyimdə o qız da yandı,-
    bir az öz külüməm, bir az qız külü...

    noimage


    Gecə var, bir uzun ömürdən uzun,
    ölümnən oynayıb ömür uduzur...
    Hər axşam yandırır ayı-ulduzu,-
    Tanrı səhər yığır ay-ulduz külü...

    noimage


    Qəm çaxmaq daşıdı, daşdan yanmışam,
    ayaqdan od alıb, başdan yanmışam!
    İlahi, nə yaxşı eşqdən yanmışam,-
    baha eləmişəm bu ucuz külü...

    noimage



    Əlizadə Nuri
0 0 0