Dərdi gicgahına sıxıb qalırsan

Son güncelleme:
  • Derdli şeirler - Nuri Əlizadə şeirleri - Dərdi gicgahına sıxıb qalırsan şeirin oxu

    Hər gün öz-özünə uduzur adam,
    hər gün də özündən bac almaq olmur.
    Dərdi gicgahına sıxıb qalırsan...
    İlahi, bunu da bacarmaq olmur!


    Hava isindikcə soyuyuruq biz,
    həya libasını soyunuruq biz...
    Kiçilib, sonra da “böyüyürük”biz,-
    yoxsa ki, başqa cür ucalmaq olmur?!


    Bir tütək havası çoban öldürər,
    məni ümid saxlar, güman öldürər.
    Allah sevdiyini cavan öldürər,-
    bunu biləndə də qocalmaq olmur...

    noimagenoimagenoimage




    Nuri Əlizadə
0 0 0