Kirpi Tortu

Son güncelleme:
  • Kirpi Tortu Tərkibi - Kirpi Tortu Hazırlanması
    noimage

    Tərkibi:

    Biskvit üçün:

    1 stəkan şəkər tozu
    1 stəkan un
    3 ədəd yumurta

    Krem üçün:

    200 qram xama
    1 banka qatılaşdırılmış süd
    Şaftalı
    Qoz

    Bəzədilməsi üçün:

    Mətbəxt şprisi
    Şokoladlı krem
    Qlazur
    Meyvə görünüşlü konfet və ya təbii meyvə

    Hazırlanması:

    Adi qaydada biskvit bişiririk.

    Soyuduqdan sonra biskviti xırda hissələrə doğrayırıq və bura qozu da xırdalayıb əlavə edirik, yaxşıca qarışdırırıq.
    Xama ilə qatılaşdırılmış südü qarışdırıb krem hazırlayırıq və biskivitə əlavə edirik.
    Şaftalını kiçik hissələr şəklində bura əlavə edirik.
    Hazır kütləni əlimizlə kirpi formasına salırıq.
    Bildiyimiz qaydada hazırladığımız qlazurla kirpiyə "burun" düzəldirik (1ç/q kərə yağı, 2x/q süd, 2x/q şəkər tozu, 2x/q kakao).
    Kremlə kirpinin üstünü bəzəyirik, burun, göz almaq üçün kişmişdən istifadə edə bilərsiniz.
    Meyvələrlə üzərini bəzəyirik.
    " Kirpi" tortumuz hazırdır.
0 0 0