Ürək Tortu

Son güncelleme:
  • Ürək Tortu Tərkibi - Ürək Tortunun Hazırlanma Gaydası
    noimage

    Tərkibi:

    400 qr.kərə yağı (yumşalmış)
    6 st. un
    3 st.şəkər tozu
    6 ədəd yumurta
    3 st.qatıq
    6 x.q. "Bizim süfrə" klassik mayonezi
    2 ədəd qabartma tozu
    2 ədəd vanil
    2 x.q.kakao
    Qaysı,kişmiş
    1 sürtgəcdən keçirilmiş portağal qabığı

    Kremi üçün:

    1 qatılaşdırılmış süd
    250 qr.kərə yağı

    Kremi üçün:

    1 paket hazır tort kremi
    1.5.st.soyuq süd

    Şantisi üçün:

    1 çiyələkli şanti
    1st.süd
    Bəzəmək üçün:

    Arası üçün 1 st.doğranmış qoz
    Qıraqları üçün kokos

    Hazırlanması:

    Yağ, un, qabartma tozu , vanil və şəkəri ovuruq. Sonra yumurta, portağal qabığı və mayonezi qatıb mikserlə çalırıq.
    Xəmiri 3 hissəyə ayırıb 1-nə kakao qatıb qarışdırırıq. Qaysı vururuq. O biri 2-sinə isə kişmiş qatırıq.
    Listi yağlayıb, azca da un vurub ağ xəmiri listə yayırıq (2 biskvitin 2-sini də). Kakaolu xəmiri də belə edirik.
    Və 200 dərəcəli sobada bişiririk.
    Qatılaşdırılmış südü və yağı mikserlə çalırıq.
    Hazır kremin üzərinə1.5 st. südü töküb mikserlə çalırıq.
    1 ədəd krem şantiyə 1 st südü töküb yenə də mikserlə çalırıq.
    Ağ biskvitin 1-ni qoyub kremləyirik, üzərinə qoz tökürük. Onun üzərindən kakaolu biskviti qoyub, onu da kremləyib sonra qoz vururuq. 3 -cü biskviti qoyub üzərinə və qıraqlarına hazır tort kremindən vururuq. Tortun qıraqlarına isə kokos vururuq.
    Üzərini bəzəmək üçün şprisə şantidən doldurub ürək forması veririk və qıraqlarını bəzəyirik. Ağ qalan yerə də kakos vurulmalıdır.
    Tortumuz hazırdır.
0 0 0