Hər ötən sevginin bir işığı var

Son güncelleme:
  • sevgi sözleri - sevgi şeirleri - sevgiliye yazılan şeirler


    Buludda gizlənən ulduzlar kimi,
    Hər ötən sevginin bir işığı var.
    Altında durduğum dar ağacının,
    Nə gözəl boyu var, duruşu var.

    Dibçək gözəlidir, bu çiçək belə,
    Şehimdən bir damla ver içək belə.
    Sən Allah, ahınla ütü çək belə,
    Sürdüyüm bu ömrün qırışığı var.

    Çəkdiyim yolunla gözümə dol get,
    Hayana uzanır görək bu yol, get.
    Gecələr yuxumun qonağı ol get,
    Qoy deyim, evimin yaraşığı var.


    alıntı
0 0 0