Sevgilim

Son güncelleme:
  • sevgi sözleri - sevgi şeirleri - sevgiliye yazılan şeirler



    Sevgilim güvənmə gözəlliyinə,
    Sənində saçların tarimar olar;
    Aldanma talehin çəhrayı rənginə,
    Həyatın uzun bir intizar olar.

    Sevgilim hər insan doğularkən ağlar,
    Çicəklərlə açar, sularla çağlar,
    Reh küləyi olar baxçalar, bağlar,
    Nəhayət adsız bir məzar olar.

    Sevgilim baxsana bir tərəfdə gülən,
    Bir tərəfdə gözünün yaşını silən,
    Kimi mənim kimi əriyər dərdindən,
    Kimi sənin kimi bəxtiyar olar.

    Sevgilim sənində keçər zamanın,
    Nə şöhrətin qalar nə hüsnü anın,
    Belədir qanunu namərd dünyanın,
    Dörd mövsüm içində bir bahar olar!

    alıntı
0 0 0