Sevgi şeirleri - mehebbet şeirleri - Mən səni sevirdim səndən xəbərsiz şeirini oxu
Mən səni sevirdim səndən xəbərsiz,
Niyə bu məhəbbət cavabsız oldu?
Deyəsən, bu sevgim sənə gərəksiz,
Sənsiz dərdiyim gül sənsiz dərs oldu...
Mən səni sevirdim səndən xəbərsiz,
Nədən bu sevgimə cavabvermədin?
Sevgisiz bu dünya məncə dəyərsiz
Mən səni sevsəm də, sən heçsevmədin...
Çarəsiz... neyləyim, heç bilməyirəm...
Qalmışam tək-tənha, qalmışam sənsiz,
Hər kəsə məlumdur səni sevirəm,
Ancaq ki sevirəm səndən xəbərsiz...
Sevgi yaşamağın, bil, mənasıdır,
Dünyada yaşamaq olmaz sevgisiz,
Məhəbbət saflığın bir aynasıdır,
Saflıqla sevirdim, səndən xəbərsiz...
Sevgi ümid verir hər bir sabaha,
Mənsə bu ümiddən məhrumam sənsiz,
Düşünmə ki, səni sevmirəm daha,
Yenə də sevirəm...