Bananlı-manqolu tort-muss

Son güncelleme: 27.05.2013 08:21
  • Bananlı-manqolu tort-mussun terifi ve terkibi - Bananlı-manqolu tort-mussun hazırlanma qaydası

    noimage

    Tərkibi:

    biskvit:
    3 yumurta
    150 q şəkər tozu
    70 q un
    70 q nişasta

    şokoladlı muss:
    300 q 35%-li qaymaq
    50-70 q tünd şokolad
    7 q jelatin
    şəkər pudrası - zövqə görə

    manqolu muss:
    1 yetişmiş manqo
    300 q 35%-li qaymaq
    2-3 x.q. şəkər pudrası - zövqə görə
    10 q jelatin

    jele:
    1 portağal
    3 x.q. su
    10 q jelatin
    2 x.q. su
    1 x.q. şəkər tozu

    Yumurta ağlarını tədricən şəkər tozu əlavə etməklə möhkəm çalın.
    Yumurta sarılarını bir-bir əlavə edərək çalın. Mikseri söndürün.

    Un, nişasta və vanili birlikdə ələyin. Yumurtalı qarışığa əlavə edərək qaşıqla qarışdırın.

    Diametri 22 sm olan sinidə qızılı rəng alanadək bişirin (2 biskvit).

    Qaymağı çalın.

    Jelatini qablaşdırmasında göstərilən qaydada hazırlayın (Üstünə soyuq qaynanmış su əlavə edib şişməsini gözləyin: təxminən 1 saat, sonra ocağın üstə qoyun. Qaynara düşəndə götürün, amma qaynatmayın. Digər muss üçün jelatini də eyni qaydada hazırlayın). Su hamamında şokoladı əridin. Qaymaqla, jelatinlə qarışdırın, korjun üstünə çəkin.

    Manqonu blenderdə xırdalayın, zövqə görə şəkər pudrası əlavə edin. Jelatin hazırlayıb əlavə edin.

    Qaymağı çalıb manqo püresinə əlavə edin.
    Bananı doğrayıb mussa əlavə edin.

    Şokoladlı müssun üzərinə çəkin. Soyudun.

    Portağallı jele üçün portağalın şirəsini çıxarın, şəkər tozu, su ilə qaynadın. Jelatini yuxarıda göstərdiyimiz qaydada hazırlayın, portağal şirəsi ilə birləşdirin.

    Tortun üstünə portağallı jele tökün. Çalınmış qaymaqla bəzəyin. Soyudun.


    Nuş olsun!
#27.05.2013 08:21 0 0 0