Niyə heç düşmürəm yadına sənin

Son güncelleme: 27.05.2013 12:11
  • Sevgi şeirleri - mehebbet şeirleri - Rusif Hüseynov şeirleri - Niyə heç düşmürəm yadına sənin şeirin oxu

    Mələksən ya şeytan bilinməyirsən,
    Rast ollam hər yerdə adına sənin
    Sən mənim yadımnan silinməyirsən,
    Niyə heç düşmürəm yadına sənin?!

    Ağlardım ağlasan, gülərdim gülsən,
    Şərikdim qəminə, şadına sənin
    Bir mesaj ya bir zəng etsən ölərsən?
    Niyə heç düşmürəm yadına sənin?

    Ürəyim üstündə ocaq qaladın,
    Yandırdın, yanıram oduna sənin
    Kül etdin bağrımı söküb taladın,
    Niyə heç düşmürəm yadına sənin?

    Bir ağız səsləsən bir sar quş kimi,
    Həmin an çatardım dadına sənin
    İndi sən yardım et, qaytar eşqimi,
    Niyə heç düşmürəm yadına sənin?

    Bu sevgi deyilmiş anladım indi,
    Getdim tufanına, badına sənin,
    Özüm öz bəxtimi danladım indi,
    Niyə heç düşmürəm yadına sənin?


    MÜƏLLİF : RUSİF HUSEYNOV
#27.05.2013 12:11 0 0 0