Orta məktəblərdə çipsi və qazlı suların satışı qadağan edilir

Son güncelleme: 29.05.2013 12:17
  • Xeberler - Sosial xeberler

    “Təhsil müəssisələrinin yeməkxanaları ilə bağlı standartlar artıq hazırdır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

    Komitə sədri bildirib ki, hazırlanan standart ən müasir tələblərə cavab verir: “Bu standartların tətbiqinin tarixi isə Təhsil Nazirliyi ilə müəyyənləşdirilir”.

    R.Həsənov deyib ki, standartlara uyğun olaraq uşaq orqanizmi üçün zərərli məhsullar müəyyənləşdiriləcək və satışına qadağa qoyulacaq: “Hələlik bu məhsulların adlarını sadalamaq düzgün olmazdı. Ancaq hamımızın bildiyi məhsullar var ki, onlar zərərlidir. Bunlardan çipsini və qazlı suları qeyd etmək olar”.

    Lent.az
#29.05.2013 12:17 0 0 0