Ürəyinizi qırmayacaq kişi yoxdurmu

Son güncelleme: 01.07.2013 08:59
  • Üreyinizi qıranlar - Daha çox qırılmamaq üçün neler etmeli


    Ürəyinizi qırmayacaq kişi yoxdurmu?

    Samballı,ağılı başında və ürəyinizi qırmayacaq bir kişi yoldaşınızın olmasını çox istəyirsiniz,deyilmi?Sizə qeyri-mümkün kimimi gəlir?Əslində deyil,amma nə axtardığınız,tapdığınızla doğru mütənasib kimi dayanır.Necə?

    Nə axtardığınızı bildiyinizdə,tapdığınızda anlayırsınız.

    Əgər saxta adamlardan xoşlanırsınızsa, ürəyinizin qırılması qaçınılmazdır. İzah edəcəyim bütün şərtlər yerinə gəlmiş olsa belə,əlaqənizin getməsi əlbəttə ikinizin əlaqə davranışına bağlı olacaq.Ancaq mənim söyləyəcəklərim,ən başdan hadisənin yaxşı addımlarla başlaması üçün ümumi keçən qaydalardır.Hər şeydə olduğu kimi,bunda da istisnalar vardır və bütün ümumiləşdirmələr səhvdir!

    Ürəyinizi parçalaması ola biləcək olan bir adamı ətrafınızdakılar 3 kilometr uzaqdan fərq edib, sizin heç cür görmədiyiniz bir çox hadisə yaşamış və ya şahidi olmusunuz.

    Bu adamların həyatı, əlaqəyə baxışı, həyata baxışı müəyyəndir. Məqsədləri, gedəcəkləri yol müəyyəndir amma siz heç cürə görməzsiniz, görmək işinizə gəlməz və ya içinizdə düzəldəcəyinizə dair bir ümid vardır, inadınızdan imtina etməzsiniz. O adamlar bu yazıda mövzu xaricindədir!Əsas mənim izah etmək istədiyim xüsusiyyətlər daha çox,uzunmüddətli və sağlam bir əlaqə üçün bir kişidə olması lazım olan xüsusiyyətlərdir.

    Ailəsinə qarşı rəftarı necədir?

    Anası,atası,qardaşlarıyla əlaqəsi necədir?Onlara qarşı nəzakətli,sevgi dolu və hörmətlidirmi?Telefonda ailə üzvləriylə danışarkən rəftarını,səsini izləyin.Ailəsiylə münasibətləri pisdirsə,bütün mənfiliklərə baxmayaraq,bacardığı qədər düz və hörmətli olmağa çalışırmı?Davamlı şikayət etmək və onları pisləmək yerinə,hər şeyə gözəl tərəfdənmi yanaşır?Belə bir adamın ürəyinə tam güvənə bilərsiniz.


    Ətrafındakı insanlara qarşı rəftarı necədir?

    İnsanlar onun haqqında nə deyir,ona qarşı rəftarları necədir?Bir restorana getdiyinizdə ofisanta və digər tanımadığı şəxslərə qarşı davranışları necədir?Çoxbilmiş,hörmətsiz və eqoist davranırsa,o adamla əlaqədar sual işarələrini ağlınıza qoyun. Aqressiv,davamlı tənqid edən,hörmətsiz bir adamın sizə necə davranacağını düşünürsünüz?İlk zamanlar yaxşı olması,irəliləyən zamanlarda da elə olacağı mənasını verməz.

    Danışarkən "biz" deyənlərdəndirmi,yoxsa "mən" deyənlərdəndirmi?

    O bir ailənin parçası olmağa niyyətlidirsə, cümlələri "biz" deyə quracaq.Sevgi və hörmət dolu bir əlaqənin təməli "biz" dir.Davamlı mən deyən,cümlələri tək quran adamlara diqqət edin!

    Prioritetləri nələrdir?

    Həyata dair hədəfləri varmı?Həyatı necə görür?Həyat onun üçün nə məna ifadə edir?Gedəcək bir yol xəritəsi olan insanlar,məqsədləri olan insanlar hər zaman daha etibarlıdır.Avara gəzənin avara şagirdi olar deyiblər,harada axşamı,orada səhəri olan bir adamla yaxınlaşırsınızsa,ürəyinizin qırılma ehtimalını göz qarşısında saxlayın.

    Hisslərinizin səsini eşitməyi öyrənin.

    Biriylə tanış olduğunuzda,bir əlaqəyə addım atdığınızda,əgər bir şey səhv gedirsə,ürəyinizdən bir səs sizə davamlı bu səhvi hayqırar.Ancaq sizin bunu eşitmək istəməniz lazımdır.Təxirə salaraq, "yox,ola bilməz " deyərək,bəhanələr çıxararaq ancaq xəyal qırıqlığına doğru irəliləyərsiniz.Hissləriniz doğrunu görər və bilər,ona güvənməyi öyrənin.


    alıntı
#01.07.2013 08:59 0 0 0