Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 153 Günden beri Online
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
De niyə yanmadın sevən halıma
De niyə yanmadın sevən halıma
333
Son güncelleme: 01.07.2013 09:11
Ceylan
sevgi şeirleri - mehebbet şeirleri - De niyə yanmadın sevən halıma şeirin oxu
De niyə yanmadın sevən halıma,
Qəst etdin sevərək mənim canıma.
Desəm ki qayıt gəl yenə yanıma,
Desəmdə faydası olmaz bilirəm.
Bu necə sevgi idi anlamadım heç,
Günahım olubsa günahımdan keç.
Mənim olmadığım bir dünyanı seç,
Artıq qəlbim səndə durmaz bilirəm,
Həyat məni ayrı salıbdı səndən,
De niyə ayrıldın sən axı məndən.
Söylə ayrılarmı sevən sevəndən,
Ürək artıq sənsiz vurmaz bilirəm.
Səni gördüyüm gün kaş kor olaydım,
Səni sevən kimi kaş unudaydım.
Əzəl gündən eşqi kaş soyudaydım,
Bu sevgimiz birdə sinməz bilirəm.
Söylə ki sevgilim sən nə edirsən,
Qəlbimə iz salıb hara gedirsən.
Bilirəm hələ də məni sevirsən,
Daha bu qəlb səni sevməz bilirəm.
Çox asan sevmişdim, unutdum çətin,
Üzümə gülmədi yenə qismətim.
Ürəyimdə qaldı arzu həsrətim,
Ağlar gözlər daha susmaz bilirəm.
Nə qədər alışım nə qədər yanım,
Nə qədər özümü mən bədbəxt sanım.
Artıq acıya tab gətirmir canım,
Dərdimi heç kəs qanmaz bilirəm.
alıntı
#01.07.2013 09:11
0
0
0
De niyə yanmadın sevən halıma Konusuna Benzer Konular
Donuz əti yemək niyə qadağan edilib
24.11.2009
Niyə kədərlisən
29.11.2009
Niyə kişilərə mesaj göndərilməz
01.12.2009
Hamiləlikdə niyə kökəlmə baş verir
01.12.2009
Ağıllı qadınlar niyə həmişə təkdir
07.12.2009
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
İzmit Su Tesisatçısı