Mənə qaldı

Son güncelleme: 01.07.2013 09:13
  • Üsyan şeirleri - heyati şeirler - Neriman Nerimanlı şeirleri - Mənə qaldı şeirin oxu


    Salxım söyüd altda, ay işığında
    Neçə yol görüşdük, say mənə qaldı.
    Sən, gülüm, lap aya, ilə dönmüsən
    O salxım söyüdlə Ay mənə qaldı.

    Yaman utanardıq nişanlılar tək,
    Sinəmiz körükdü, əllərsə titrək.
    Qoymadılar birgə ağlayaq, gülək,
    Göz yaşı çağladı, çay mənə qaldı.

    Damarda qanımdın, içib aldılar,
    Haqqdan, ədalətdən keçib aldılar.
    Açılan çiçəkdin, seçib aldılar
    Seçilən rəqibə, zay mənə qaldı.

    İllərdir sinəmdə qəhərə döndün,
    Gecəsi olmayan səhərə döndün.
    Özgənin ömründə bahara döndün
    Yandırıb qarsıdan yay mənə qaldı.

    Nəriman təskinlik aldı qələmdən,
    Düşər əllərimdən bir gün qələm də.
    Qismətim beləymiş, dərddən, ələmdən
    Ömürlük çəkilən pay mənə qadı.

    Nəriman Nərimanlı
#01.07.2013 09:13 0 0 0