İncitmək haqqında hədislər

Son güncelleme: 23.07.2013 07:09
  • Mömini incitmək - İncitmək haqqında hədislər

    İncitmək
    İmam Sadiq (ə): «And olsun Allaha ki, yaxşılar nicat tapdılar. Onların kim olmasını bilirsiniz? Onlar qarışqanı da incitməyən kəslərdir.» (Təfsir əi-Qumi, c.2, səh.146)

    Mömini incitmək

    Quran:
    «Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər.» (Əhzab, ayə 58)

    Hədis:
    Allahın Peyğəmbəri (s): «Mömini incidən şəxs şübhəsiz ki, məni incitmişdir.» (Biharul-Ənvar, c.67, səh.72, hədis 40)
    Allahın Peyğəmbəri (s): «Kim möminə onu qorxudan baxışlarla baxsa, Allah Öz kölgəsindən başqa bir kölgə olmayacaq gündə onu qorxudar.» (Biharul-Ənvar, c.75, səh.150, hədis.13)

    Allahın Peyğəmbəri (s): «Kim mömini kədərləndirsə və sonra dünyanı ona bağışlasa, bu işi onun günahının bağışlanmasına səbəb olmaz və bəxşişinin müqabilində ona savab verilməz.» (Biharul-Ənvar, c.75, səh.150, hədis113)

    İmam Sadiq (ə): «Uca Allah buyurub ki, Mənim mömin bəndəmi incidən şəxs Mənə qarşı müharibə e’lan etsin.» (əl-Kafi, c.2, səh.350, hədis.1)

    İncitməmək

    Allahın Peyğəmbəri(s): «Camaatı incitmə! Çünki (başqalarını) incitməmək sənin özün üçün verdiyin sədəqədir.» (Biharul-Ənvar, c.75, səh.54, hədis 19)
    İmam Sadiq (ə): «Kim camaatı incitməkdən əl çəksə onlardan bir əl çəkilər (onları incidənlərdən biri azalar), camaat isə çox əlləri ondan saxlayar.» (əl-Xisal, səh.17, hədis 60)


    alıntı
#23.07.2013 07:09 0 0 0