Kartoflu ət kotleti

Son güncelleme:
  • Tərkibi:

    1 kq kartof

    300.qr qiymə

    2 ədəd yumurta
    Duz, istiot

    Azca sarikök
    Duru yağ


    Hazırlanması:

    Əvvəlcə kartofu sürtkəcin iri gözündən keçiririk, duz-istiot, sarıkök əlavə edib üzərinə 1 yumurta vurub kütləni qarışdırırıq.

    Qiyməyə soğan çəkirik, duz-istiot vurub qarışdırırıq.

    Sürtkəcdən keçirdiyimiz kartofu ovcumuzun içinə alıb yayırıq.

    Arasına təxminən 1 xörək qaşığı ət qoyub bükürük.

    Yumurtaya batırırıq, tavaya duru yağ töküb qızardırıq.

    alıntı
0 0 0