bədənə qulluq - dəmləməni hazırlamağın ümumi qaydasıOrqanizmi müalicə edib, eyni zamanda badəni təravətləndirmək üçün növbənöv dərman həbləri qəbul etmək lazım deyil. Hamı bilir ki, ot dəmləmələri min bir dərdin dərmanıdır. Buna sübut olaraq bugün sizə təbii otlardan hazırlanan maskalar vasitəsilə qəbul edilən vannalardan bəhs edəcəyəm.
Dəmləməni hazırlamağın ümumi qaydası
Ev şəraitində dəmləmə hazırlamaq üçün 1 kq. qurudulmuş otun üzərinə 3-4 litr soyuq su əlavə edib, 10 dəqiqə saxlayın. Daha sonra qarışığı 5 dəqiqə odda qaynadın. Oddan götürüb, 10 dəqiqə kənarda saxlıyın və vannanı ilıq su ilə doldurub, dəmləməni oraya əlavə edin.
Vanna qəbulundan sonra əvvəl yaxşı çimmək lazımdır ki, dəridəki qoruyucu təbəqə yox olsun və otun xeyirli maddələri dəriyə hopsun.
Prosedur yarım saat sürməlidir.
Vanna qəbulundan sonra badəni su ilə yaxalamaq olmaz!
Hər dəmləmənin öz xeyri var:
Nanə-Soyuqdəyməni müalicə etmək üçün ən ideal vasitədir. O, dəridəki məsamələri açaraq, nəfəs yollarını təmizləyir, dərini təravətləndirir. Eyni zamanda nanə dəridəki qaşınmanı və qızartıları sakitləşdirir.