Fələstində bu həftənin şənbə günü keçirilməli olan gözəllik yarışması təxirə salınıb. "Miss Palestine-2009" un final mərhələsi təxirə salınıb. Məlumata görə, buna səbəb ötən il Qəzzada baş verən hərbi əməliyyatlar olub. Hökümət təşkilatçıların qadağalara riayət etməycəyi təqdirdə onların cəzalandırılacaqlarını bildirib.
Xatırladaq ki, ötən il Qəzza zolağında İsrail 22 gün davam edən hərbi əməliyyatlar keçirib. 2008-ci il dekabrın 27-də başlamış əməliyyatlar nəticəsində 1300-dən artıq fələstinli, o cümlədən çox sayda uşaq, qadın və qoca qətlə yetirilmişdi.
Müsabiqədə iştirak etmək üçün isə 200 gənc qız müraciət edib. Onlardan 58-i növbəti mərhələyə keçə bilib.
Qeyd edək ki, Həmas təşkilatı və ölkənin qabaqcıl din xadimləri gözəllik yarışmasının keçirilməsinə qarşı çıxaraq bu müsabiqəni əxlaqsızlıq olaraq dəyərləndirib və onun dayandırılmasını tələb edib.