Yeni ili qeyri-adi və ekstravaqant makiyajla qarşılamaq lazımdır. Qətiyyətliliyi ilə seçilən pələng ilində makiyaj da cəsarətli olmalıdır.
Yanaqlar
Şaftalı rəngli krem-ənliyi yanağınızın mərkəzinə vurun. Mərkəzi müəyyənləşdirmək üçün gülümsəyin, üzə çıxan hissə mərkəzdir. Bundan sonra ənliyi aşağıdan almacıq sümüyünə doğru yayın.
Parıltılı kirşan
Həm kompakt, həm də ovulan parıltılı kirşan seçə bilərsiniz. Onu təkcə almacıq sümüyünə deyil, əl, çiyin, boğaz və körpücük sümüyünə vura bilərsiniz. Yeni ildə siz də ulduzlar kimi parlayın!
Pomada
Yeni il axşamı pomadanızın dayanıqlı olmasını istəyirsinizsə, onu ikiqat çəkin. Birinci qatı salfetlə bir az silərək üstündən kirşan vurun. Sonra isə ikinci qatı çəkin. Parıltıdan imtina etməyin.
Dırnaq boyası
Süni kirpiklər kimi süni dırnaqlardan da faydalana bilərsiniz. Yeni il axşamı bu, qorxulu deyil. Dırnaq boyasını 2-3 qat çəkin: 1 qat dırnaqlara zərif parıltı, 2-3 qat isə dramatik effekt verəcək.
Göz kölgəsi
Yeni il axşamı parıltılı göz kölgəsindən istifadənin ən uyğun zamanıdır. Unutmayın, onu ehtiyatla vurmaq lazımdır. Əgər gel göz kölgəsi seçmisinizsə, onu ən sonda zərif hərəkətlə vurun.
Quru kölgə
Quru sayrışan kölgələr də ehtiyatla vurulmalıdır. Əks təqdirdə, o, gözün alt hissəsinə yayıla bilər. Buna yol verməmək üçün göz altına bir az kirşan çəkin, kölgəni vurandan sonra isə silin.
Kirpiklərin oxdur
Yeni il makiyajında rəngli tuşa üstünlük verilməlidir. Tuşdan çox istifadə etməkdən çəkinməyin (2-3 dəfə). Kirpiklərinizi strazlarla (qiymətli süni daş) bəzəyin. Əgər heç vaxt süni kirpikdən istifadə etməmisinizsə, yeni il axşamı risk etməyə dəyər. İstifadəsi çox asandır: əvvəlcə kirpiklərinizə tuş vurun, sonra göz qapağınızı karandaşla haşiyələyin. Süni kirpiyə bir az yapışqan sürtüb pinsetlə yapışdırın.
Seksual gözlərin sirrini bütün məşhurlar bilirlər.
Üç addımla fərqli gözlərə sahib olacaqsınız.
1 - Kiçik göz fırçası ilə tünd şaftalı rəngli kölgəni (bu rəng demək olar ki, hamıya yaraşır) göz qapağının bükülən hissəsinə çəkin. Bu yolla gözlər vizual olaraq böyük görünəcək.
2 - Nisbətən böyük fırça ilə bej rəngli kölgəni bütün göz qapağına vurun. Bu, gözə dramatik görünüş verəcək.
3 - Göz karandaşı ilə (qara, göy, yaşıl) gözünüzün ali hissəsini haşiyəyə alın. Sonda kirpiklərinizə tuş vurun.
Qaşların da parıltılı görünməsi üçün qaş üçün geldən istifadə edin.