Viruslu Hepatit

Son güncelleme:
  • infeksion xəstəliklər - bağırsaq infeksiyalarıViruslu hepatit əsasən qaraciyərin zədələnməsi ilə cərəyan edən infeksion xəstəliklər qrupudur. Virus hepatitinin bir neçə forması ayırd edilir.

    Xəstəlik dörd dövrün olması ilə xarakterizə edilir: inkubasion, prodromal, sarılıq və rekonvalessensiya. Virus A hepatitində inkubasion dövr 7 gündən 50 günə qədər, B hepatitində 40 - 180 günə qədər, C hepatitində 14 - 50 günə qədər uzanır.

    Bu zaman xəstənin iştahası pisləşir, hətta kəsilir, onda yeməyə qarşı ikrah hissi yaranır. Ürəkbulanması, qusma, epiqastral nahiyədə və sağ qabırğa altında küt ağrılar, qəbizliyə meyllik olur.

    Lakin duru nəcis ifrazı da ola bilər. Bəzi xəstələrdə xolesistit tutmalarına, öd sancılarına oxşayan ağrı təzahür edir.

    Sarılıqqabağı dövrün axırında xəstələrin çoxunun əhvalı bir qədər yaxşılaşır. Xəstəliyin yüngül formalarında yaxşılaşma bütün sarılıq dövrü ərzində davam edir.

    Virus hepatitinin ağır gedişi zamanı xəstələrin halı tədricən pisləşir, bəzən sarılığın ilk günlərində artıq kəskin qaraciyər çatışmazlığı inkişaf edir.

    Sarılıq əvvəlcə skleralarda, dildə, damaqda meydana çıxır, sonradan üzün, bədənin, ətrafların dərisi saralır. Sarılığın intensivliyi çox vaxt xəstəliyin ağırlığına müvafiq gəlir. Xəstəlik dövrü 2-6 həftədən bir neçə aya qədər davam edir.

    Bu dövrdə intoksikasiya simptomları: zəiflik, əsəbilik, depressiya, yuxunun pisləşməsi, iştahanın azalması, ürək bulanması, qusma müşahidə olunur.
    [sarılıq xəstəsi] Kəskin qaraciyər çatışmazlığı viruslu hepatitin təhlükəli ağırlaşmasıdır və ölümlə nəticələnir. Xəstələrin ölməsinə massiv qanaxma, beyin ödemi, ağciyər ödemi, sepsis və s. səbəb olur.

    Müalicə. Rejim və pəhriz əsas müalicə tədbiri sayılır. Hepatitin hər hansı bir formasına düçar olanlar xəstəliyin kəskin dövründə yataq rejimində olmalıdırlar.

    Yüksək kalorili və keyfiyyətli qidalar qəbul edilməlidir. Xəstələrə tərkibində kifayət qədər zülal, karbohidratlar və yağlar (mal, qoyun, donuz piyi kimi çətin həzm olunan yağlar istisna edilir) olan yeməklər verilməlidir. Maye (su, çay, şirə, kisel) qəbulu 2-3 litrədək olmalıdır. Vitaminoterapiya təyin edilməsi məsləhətdir.

    Xəstəliyin orta ağırlıqlı və ağır formalarında əlavə olaraq dezintoksikasiyaedici dərman maddələri: 5 %-li qlükoza, Ringer-Lokk məhlulu, 5-10 %-li albumin, zülal hidrolizatları, hemodez, reopoliqlükin, sorbitol və s. təyin edirlər. Bunlar venaya damcı-damcı yeridilir.


    alıntı
0 0 0