Depressiya

Son güncelleme:
  • depressiya əlamətləri - depressiyanın müalicəsiAşağıda sadalanan əlamətlərdən ən az 5-i iki həftədir davam etməkdədirsə, təssüflə qeyd etməliyik ki, siz depressiyadasınız:
    — Özünüzü davamlı olaraq kədərli, bitkin və ya gərgin hiss etmək;
    — Həvəsin itməsi və gündəlik həyatdan zövq almamaq.
    Məsələn, sevimli məşğuliyyət və ailə üzvlərinizlə ünsiyyətdən uzaqlaşmaq kimi.
    — İştah və kiloda həddən artıq artma və ya azalma;
    — Yuxusuzluq;
    — Özünü günahkar, ümidsiz və çarəsiz hiss etmək;
    — Fikir dağınıqlığı və ya qərarsızlıq;
    — Narahatçılıq və durğunluq;
    — Ölüm və intihar haqqında düşünmək və s.

    Yuxarıda təqdim etdiyimiz tablo kədər, sıxıntı kimi gündəlik qayğılardan daha dərin və tibbi bir problemdir.
    25-44 yaşları arasında depressiyanın sıxlığı ən yüksək həddə müşahidə edilir, xüsusilə də qadınlarda.

    Depressiyanın müalicə olunmadığı hallarda ciddi problemlər yarana bilər ki, bunlar aşağıdakılardır:
    — Ağır depressiya keçirən xəstələrin 15 %-i intihar edir;
    — 55 yaşından yuxarı insanın depressiya keçirməsi halında intihar riski 4 qat daha artıqdır;
    — Tez-tez depressiyaya düşən valideynlərin uşaqlarında depressiya 3 qat daha erkən yaranır.

    alıntı
0 0 0