Dünya yaşayacaq hələ

Son güncelleme:
  • dünya şeirləri - fəlsəfi şeirlərHaqq özü göylərdən bizə göz qoyur,
    Yerin də, göyün də sahibi odur.
    Sənin bəd xəbərin qəlbimi oyur,
    Dünya yaşayacaq, ay qağa hələ.

    Qarışıq işləri dəvəboyundu,
    Dünənki tər fidan, bir gün soyundu.
    Zahirdən görünən, bil ki, oyundu,
    Dünya yaşayacaq, ay qağa hələ.

    Heç nə dəyişməz ki, Kərəm dəyişsə,
    Bundan kim udacaq, hərəm dəyişsə.
    Hər şey dağılsa da, bilməm nə işsə,
    Dünya yaşayacaq, ay qağa hələ.

    Dağları hündürdü, döşündə düz var,
    Mini əyridirsə, min bir də düz var.
    Belə baxıram mən, bunda ki, üz var,
    Dünya yaşayacaq, ay qağa hələ.

    alıntı
0 0 0