dünya şeirləri - fəlsəfi şeirlərHəyat şirin,həm də acı,
ömür qısa,ölüm asan...
Xoşbəxtliyin-bədbəxtliyin;
dünən toyun,bu gün yasın!...
Gülmə mənə hələ,dünya!...
sən beləsən,belə,dünya!...
"Nəğmələrin pisdi..."-demə,
dilim baldı,əlim şikəst...
Köz də özüm,kül də özüm,
yaşayıram mən necə bəs!...
Dolanırsan hələ,dünya!...
sən beləsən,belə,dünya!...
Səadətin yolu uzaq,
dağı da var,aranı da...
Yaddan çıxmaz,ömrüm-günüm,
qıranı da,quranı da...
Yaşayırsan hələ,dünya!...
sən beləsən,belə,dünya!...