Qorxunun yaratdığı xalq

Son güncelleme: 20.11.2013 20:34
  • gündəlik həyatın çətinlikləri - azərbaycan xalqı üçün qorxu - millətin xarakteristikasıAzərbaycan xalqı üçün qorxu — inandığını söylədiyi Allahdan böyükdür!

    Qorxudan çevrilmələr, insan ləyqətinin alcalması, dəyərlərin lağ hədəfinə çevrilməsi, hamının bir-birinin eyni olub qorxu, naqisliklərdə bərabərləşməsi, Allahın qorxunun kölgəsində qalıb insanların ürəyindən yoxa çıxması, bütün inancların tərs düşməsi, zaman-zaman hətta öldürülüb qətl edilməsi, qanına qəltan edilmiş bütün insani keyfiyyətlərin ortada qalmış cənazəsi.

    Əslində, bütün bunlar Azərbaycan adlı bir məmləkətin məlum rəssam tərəfindən məharətlə çəkdiyi tablodur. Tablonun müəllifi təbii olaraq Azərbaycan xalqıdır və bu tabloda cəsarət və qəhramanlığa yer yoxdur. Başdan-başa qorxunun çızdığı lövhələr bu tabloda elə daşlaşıb ki, onu dəyişib yenidən işləmək haradasa mümkünsüz hala gəlir. Çünki bu tablonu çəkən “rəssamın” ruhunda cəsarət qeybə çəkilib, hər şey, bütün lövhələr qorxunun əsarətinə tabe edilib.

    Ruhun iştirak etmədiyi hər şey getdikcə heçləşir, sonda mücərrəd və yararsız bir hala gəlir. Xalqda da belədir, o əzilə, ya da müəyyən zaman içində zəifləyə bilər, amma xalqın ruhu öldüsə, onun dirçəlməsi mümkün deyil. Ardı

    alıntı
#20.11.2013 20:34 0 0 0