adlanan qülləsi (ziqquratı) inşa edilmişdir. Onun ən yüksək yerində Mərduk tanrısının məbədi yerləşirdi. Bəlkə də məhz bu ziqquratı yunanlar Уdünya möcüzələrindənФ biri hesab edirdilər. Babilin Уasma bağlarıФ(rekonstruksiya) Babildə Уasma bağlarФ adlanan daha bir Уdünya möcüzəsiФ olmuşdur. Bu bağları II Nəbukadnəzar öz sevimli həyat yoldaşı Midiya çarı Kiaksarın qızı Amitis üçün salmışdır. Gözəl təbiəti olan Midiya dağlarında anadan olmuş Amitis, qumlu düzənlikdə yerləşən Babilin quru iqliminə uyğunlaşa bilmirdi. Ona təsəlli vermək üçün, II Nəbukadnəzar Уasma bağlarınФ inşa edilməsi əmrini vermişdir. Bu işin görülməsi üçün bu işə o dövrün ən tanınmış inşaatçıları, ustaları,mühəndisləri və başqa mütəxəssiləri cəlb edilmişdirlər.а