Midiya Dövləti

Son güncelleme:
  • midiya mədəniyyətiMidiyanın adı ilk dəfə Assuriya hökmdarı III Salmanasarın kitabəsində çəkilir. Heredot “Tarix” əsərində Midiyada yaşayan altı tayfa haqqında geniş məlumat vermişdir. Midiya tayfaları e.ə. IX - e.ə. VIII əsrlərdə Assuriya dövlətinə tabe idilər.

    E. ə. VIII əsrdə Deyok Midiya tayfalarını birləşdirərək vahid döv-lət yaratdı. Dövlətin paytaxtı Ekbatan şəhəri idi.

    Midiya hökmdarı Kaştariti (e.ə. 672-e.ə. 653) Assuriyanın tabeçiliyindən çıxmağa nail oldu. O, e.ə. 653-cü ildə Assuriyaya yürüş etsə də birləşmiş Assur-Skif ordusu tərəfindən məğlub edildi. Bu məğlubiyyətdən sonra Midiya skiflərin hakimiyyəti altına düşdü (e. ə. 653 - e. ə. 625-ci illərdə) .

    Kiaksarın dövrü (e. ə. 625 - e. ə. 585)

    Midiyanın ən qüdrətli hökmdarı Kiaksar olmuşdur. Kiaksar:
    Midiyada skif ağalığına son qoydu;
    Xırda vilayətləri mərkəzi hakimiyyətə tabe etdi;
    Hərbi islahat keçirərək ordunu yenidən qurdu;
    Yeni Babil dövləti ilə ittifaqa girərək Assuriya dövlətinə son qoydu;
    Urartu, Skif çarlığı və Manna dövlətinə son qoydu;
    Egey dənizinə çıxmaq üçün Lidiya dövləti ilə müharibə apardı (e.ə.590- e.ə. 585-ci illərdə aparılan bu müharibədə heç bir tərəf qalib gəlmədi. Hər iki dövlət arasında sülh müqaviləsi bağlandı);
    Midiyanı Ön Asiyanın ən qüdrətli dövlətinə çevirdi;
    Assuriyanın torpaqlarını Yeni Babilistanla öz arasında bölüşdürdü.

    Astiaqın dövrü (e.ə. 585-550)

    Kiaksarın ölümündən sonra hakimiyyətə oğlu Astiaq gəldi. Astiaqın hakimiyyəti illərində:
    Midiyanın daxili və xarici vəziyyəti mürəkkəbləşdi;
    Midiya zadagənlarının hüquqları məhdudlaşdırılmağa başlandı;
    Dövlətlə əyanların ziddiyyətləri artdı;
    Midiya sarayındakı farsmeyilli qüvvvələr fəallaşdı;
    Bir qrup Midiya əyanı fars vilayətinin başçısı II Kirlə gizli sa-zişə girdi.

    E.ə. 553-cü ildə Midiya dövləti ilə müharibəyə başlayan II Kir qələbə qazandı. Beləliklə, e.ə 550-ci ildə Midiya dövləti tarıx səhnəsindən silindi. Onun dövlətçilik ənənələri və mədəniyyəti Əhəmənilər dövləti tərəfindən mənimsənildi.

    Mədəniyyət

    Midiya mədəniyyətinə aiddir:
    “Astiaq” əfsanəsi;
    Zərdüştlük;
    “Tomris” əfsanəsi;
    “Avesta”nın tərtib edilməsi (e.ə. VII əsr);
    “Midiya yağı”ndan istifadə;
    Suz saraylarının inşası;
    Memarlıq.

    alıntı
0 0 0