Facebookun Brazilyadakı nüfuzu comScore`un məlumatına görə geridə qalan bir il ərzində 192% artıb. Dekabr 2010-cu ildə 12.4 milyon brazilyalı Facebook`u ziyarət edib. 1 il sonra isə bu rəqəm 36 milyona yüksəlib.
Bu vaxt azlığı içində Orkut isə sadəcə 2 milyon yeni istifadəçi yığa bilib.
comScore Brazilya mütəxəssisi Alex Banks, Facebook`un Brazilya bazarındakı ani yüksəlişinin 2011-cil ilin ən qeyri-adi hadisəsi olduğunu bildirir.
Dünyanın beşinci böyük sosial şəbəkə nüfuzuna sahib olan Brazilyada üstünlüyü ələ almaq Facebook üçün böyük bir addımdır.
Brazilyanın ardından Facebook`un üstünlüyü ələ ala bilmədiyi sadəcə 6 ölkə qaldı. Bunlar: Çin, Yaponiya, Cənubi Koreya, Vietnam, Polşa və Rusiyadır.