Amerikanın internet qrupu Google, keçən Mayda ilk dəfə bir milyarddan çox ziyarətçiyə çatmağı bacardı.
ComScore məlumat analiz firmasının rəqəmlərinə görə, Google və veb saytları YouTube (video), Orkut (ictimai şəbəkə) və Gmail (elektronik məktub) 1,009 milyard ziyarətçiylə Microsoft (905 milyon), ictimai şəbəkə Facebook (713 milyon) və Yahoo!-dan (689 milyon) qabaqda iştirak etdi.
ComScore-un rəqəmləri, 1 milyard istifadəçiyə çatmasına qarşı Google-un digər dörd internet nəhəngi arasında ən münasib inkişafı təmin etdiyini göstərir.
Google ziyarətçi sayını bir ildə 8,4% artırıb, Microsoftun saytlarındakı artım isə 14,75%, Yahoo!-da 10,8% olaraq qeyd edildi. Facebook isə 30,2% sıçrayaraq inkişaf edib.
Rəqəmlərə görə, Facebook həmçinin 2011-ci ilin mayında internetdə keçirilən vaxtın 12,7′%-ə sahib olmaqla ilə bu sahədə çempion oldu.
Microsoftun saytları internetdə keçirilən vaxtın 10,4%, Google-un saytları 10,1%-i əldə edərkən, bu nisbət Yahoo! üçün yalnız 4,8% oldu.
Facebook, Yanvar ayında da internetdə ən çox zaman keçirilən veb saytı olub.