Tərtərin baş həkimi icra başçısına üsyan edir

Son güncelleme:
  • Ceyhun Cəfərovun tapşırdığı işləri görmək üçün pul tapa bilməyən Yaşar Hüseynov rayondan qaçmağa hazırlaşır

    Tərtərin icra başçısı Ceyhun Cəfərovla bağlı maraqlı iddialar ortaya çıxıb. Verilən məlumatlara görə, rayonun rəhbəri bu il ərzində Tərtər Mərkəzi Xəstəxanasına ayrılmış pulların hamısını özünə götürüb.

    İddia edilir ki, bu məsələdə baş həkim özü də aciz qalıb. Belə ki, icra başçısı bu ilin 9 ayı ərzində xəstəxananın digər xərcləri maddəsi üzrə ayrılmış 18500 manatı «Qaya-L» MMC-nin əliylə silməyə nail olub. Bundan başqa, Ceyhun Cəfərova yaxınlığı ilə tanınan «Divanlı-SC» MMC-nin əliylə də digər nəqliyyat xidmətlərinin, yumuşaq inventarların və soba yanacağının satın alınması üçün ayrılmış üst-üstə 49900 manat pulu da şəxsi işlərini həll etmək üçün özünə götürdüyü deyilir.

    Məlumatlarda o da vurğulanır ki, Tərtər Mərkəzi Xəstəxanasının baş həkimi Yaşar Hüseynov 10 min manatlıq soba yanacağının alınması üçün vəsaiti həkimlərdən yığmaq məcburiyyətində qalıb. Elə yumuşaq inventarların alınması üçün nəzərdə tutulmuş 31300 manatı da həkimlərin hesabına toplayan baş həkim birtəhər vəziyyətdən çıxıb.

    İddialara görə, Tərtərin baş həkimi artıq bu şəkildə işləməyin mümkün olmadığını dilə gətirməyə başlayıb. O yaxın adamlarının yanında danışarkən deyib ki, icra başçısı ona işləməyə imkan vermir. Qazandığını isə rayonda görülən işlərə sərf etmək məcburiyyətində qalıb. Hətta bu yaxınlarda Tərtərdə inşa edilən parkın bəzi işlərini maliyyələşdirməyi də ona tapşırdıqlarını vurğulayıb. Deyilənlərə görə, baş həkim bu vəziyyətdən canını qurtarmaq üçün rayondan qaçmağa hazırlaşdığını da söyləyib.

    alıntı
0 0 0