Suxarili Badımcan Salatı

Son güncelleme: 21.12.2013 22:44
  • Suxarili Badımcan Salatı Tərkibi - Suxarili Badımcan Salatı Hazırlanması
    Tərkibi:

    2 ədəd orta ölçülü badımcan (konservləşdirilmiş badımcan da ola bilər)
    4-5 ədəd "Bizim Tarla" soyulmuş pomidoru
    2-3 diş sarımsaq
    1 kasa qatıq
    Mayonez
    Közlənmiş bibər
    Nanə
    Qırmızı bibər
    Sirkə və ya limon suyu
    Suxari
    1 ç.q duz
    1 ç.q şəkər

    Hazırlanması:

    Badımcanları soyub doğrayın.Sonra dördkünc şəklində doğrayıb, acı suyunun çəkilməsinə qədər gözləyin.Sonra badımcanları qızardın.Suxariləri istədiyiniz böyüklükdə qırın və salat edəcəyiniz qaba düzün.Üzərinə qızarmış badımcanları əlavə edin.Pomidorları blenderdən keçirin. Sarımsaq və duz əlavə edib, bişirin. Bişənə yaxın sirkə, yaxud limon suyu və şəkəri əlavə edib qarışdırın.Bişmiş pomidoru badımcanların üzərinə əlavə edin.Qatıq, mayonez, sarımsaq və duzu qarışdırıb pomidor sousunun üzərinə tökün.Közlənmiş qırmızı bibərləri incə-incə doğrayıb, salatın üzərini bəzəyin. Qalan boşluqlara nanə və qırmızı bibər tökün.

    Sonda isə soyuducuda saxlayın. 1-2 saatdan sonra çıxarıb servis edə bilərsiniz.Nuş olsun!
#21.12.2013 22:44 0 0 0