Suriya ordusu Türkiyə sərhədinə, Hatay əyalətinə yaxın ərazidə müxaliflərin nəzarətində olan Bab əl Hava sərhəd məntəqəsini bombalayıb. “Doğan” agentliyinin məlumatına görə, Suriya Hava Qüvvələrinə məxsus təyyarələr Hatayın Reyhanlı elindəki Cilvəgözü sərhəd məntəqəsinə 4,5 km məsafədə yerləşən Bab əl Havaya avoazərbələr endirib.
Çoxsaylı ölü və yaralının olduğu bildirilir. Türkiyə yaralılara yardım etmək və ərazidən çıxarmaq üçün Bab əl Havaya təcili yardım maşınları göndərib.
Orta məktəb bombalandı Bu arada Xüms şəhərində bir avtomobil yerləşdirilən bombanın partlaması nəticəsndə ən azı 6 adam həyatını itirib. Terrorun Umm əl Əhməd qəsəbəsində bir orta məktəb binası yaxınlığında baş verib.
Müxalifət tərəfdarı Suriya İnsan Haqları Birliyinin üzvü Rami Abdulrəhman hıyatını itirənlər arasında uşaqların olduğunu da söyləyib. Valilikdən isə ölənlərin 10 nəfərə çatdığını, bunlardan 5-nin uşaq olduğu bildirilib.