Uzanır külün izi

Son güncelleme:
  • Uzanır külün izi,
    Sən getdiyin yollarla.
    Dilim gəlmir deyim düzü,
    Qocaldın sən yalanlarla.

    Ömrünün sonu yetir,
    Mən demərəm sənə getmə.
    Çünki, burda şəxsi qərəz,
    Cəhənnəm olub sənə.

    Get dostum, get qardaşım,
    Ömür daşına da yaz
    İtirdiyin günləri
    Sənə heç kəs qaytarmaz.

    Müəllif: Reshid Hesenov

    alıntı
0 0 0