Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 7 Ay 10 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Getmə
Getmə
149
Son güncelleme:
22.12.2013 14:29
BiR-DOST
Sinəmin üstündə ocaq qalama,
Yox demə, yad olma, baş yırğalama.
Dön bax uçurduğun ümid qalama,
Getmə.
Fırlancağa döndü dünya başımda,
Uşağa çevrildim ahıl yaşımda,
Bax, sənə yalvarır göz də,yaşım da,
Getmə.
Bilirsən ki,dayanacaq nəfəsim,
Can zindan olacaq, dünya qəfəsim.
Dinlə nə qədər ki, çıxır kal səsim,
Getmə.
Eşqini dağ bildim, səni məlhəmim,
Düşündüm yoxluğa çəkilər qəmim,
Sevgim də həmindir,özüm də, həmin,
Getmə.
Boş qəlblə öləcəm, heç dolmayacam
Daha məhəbbətə saç yolmayacam,
Sən peşman olanda, mən olmayacam,
Getmə.
Asandırmı, həyatımı bitirmək?
Sevgimizi göydən yerə gətirmək?
Ən böyük qorxumdur, səni itirmək,
Getmə.
Demə hədiyyənmiş, təklik, ahu-zar.
Haqq yazmayan bəxti mənə kim yazar?
Rəhimlini sənə qaytarmaz məzar,
Getmə.
Müəllif: Aygun Rehimli
alıntı
#22.12.2013 14:29
0
0
0
Önceki Konu:
Uzanır külün izi
Sonraki Konu:
Getmə dayan
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board