Getmə dayan

Son güncelleme:
  • Səni incitmişəm,ey gül de haçan?getmə dayan!
    Nola doldurma mənim bagrıma qan!getmə dayan!

    Axı mən neyləmişəm?bari danış,etmə belə
    Bir ayaq saxla gülüm getme dayan!getmə dayan!

    Məni sənsiz,səni axtarmağa vadar etmə!
    Məni sənçün yaradıbdır yaradan getme dayan!

    Məni tərk eyləyib eşqində vüsal axtarma!
    Axı tab eyləyə bilməz buna can,getmə dayan!

    Sən ki bir mahi taban,çoxdu gözü səndə olan
    Sənə kim söyləyib haqqımda yalan?getmə dayan!

    Məni tərk eylə barı eşqimizin xatirinə,
    Bir əmanetin vardı məndə qalan!getmə dayan.

    Varisin dərd qalama dərdinə insaf eylə!
    Səni incitməyəcəm bir də inan!getmə dayan.

    Müəllif: Varis

    alıntı
0 0 0