heyvanın möcüzəvi faydalarıBir çox xəstəliklərə şəfa olan heyva ürək, ağciyər, boğaz, mədə, göz, bağırsaq və ağız xəstəliklərinin müalicəsində faydalıdır.
Ailəm.az heyvanın möcüzəvi faydalarını sizin üçün sadalayır.
- Heyvadan hazırlanan mürəbbə və kompotlar uşaqlardakı ishal hallarına qarşı çox təsirlidir.
- Heyva ürəyi gücləndirən ən önəmli qidalardan biridir.
- Ağız qoxusundan əziyyət çəkənlərin köməyinə yetən bir meyvədir.
- Heyva çiy yeyildiyində dişləri təmizləmək təsirinə malikdir.
- Damar sərtliyinə və qaraciyərə faydalıdır.
- Xüsusən heyva yarpağından hazırlanan çay ürək ağrılarını azaldır və sakitləşdirir. Varikoz xəstəliyinə qarşı təsirlidir və yorğunluğu aradan qadırır.
- Ağız içində yaranan yaralara qarşı müalicəvi təsirə malikdir.
- Heyva qabığı və toxumunu qaynadıb içmək sidik yolunun ithibalarına qarşı faydalıdır.
- Bişirilmiş heyva mədə, böyrək ağrılarına faydalıdır. Xüsusən mədə bulantısı və mədə xorasından əziyyət çəkənlər üçün xeyirli meyvədir.
Qeyd: Yüksək təzyiq problemi olanlar üçün təhlükəli meyvədir. Çox yeyildikdə qəbizlik probleminə yol aça bilər. Həkimlər heyvanı bişirilmiş, ya da mürəbbə, kompot halında yeyilməsini məsəhət görürlər.