Viola Salatı

Son güncelleme: 29.12.2013 15:53
  • Tərkibi:
    200 q bişmiş mal əti
    100 q qoz
    300 q şampinyon
    1 baş soğan
    3 bişmiş yumurta
    150 q bərk pendir
    200 q koreya üsulu yerkökü
    200 q mayonez
    qızartmaq üçün bitki yağı
    Bəzək:
    10-15 zeytun (yaxud qara zeytun)
    göyərti
    pendir dilimləri

    noimage

    Hazırlanması :
    Mal ətini saman kimi doğrayın. Qozu əzin. Yumurtanı təmizləyib sürtgəcin iri gözündən keçirin.
    Şampinyonları yuyub nazik doğrayın. Soğanı təmizləyib xırdalayın, göbələklə birlikdə bitki yağında qovurun.
    Salat qabına arasına mayonez çəkməklə lay-lay düzün: ət + qoz + şampinyon + yumurta. Üst qatın mayonezini çox edin. Üzərinə koreya üsulu yerkökü döşəyin.
    Salatın üzərini pendirdən bükülmüş "çiçəklər", göyərti və zeytunla bəzəyin.

    Nuş olsun!

    alıntı
#29.12.2013 15:53 0 0 0