Məşhur qrup növbəti dəfə Bakıda konsert verəcək

Son güncelleme: 16.01.2014 08:47
  • Tanınmış rumın qrupu “Akcent” növbəti dəfə Azərbaycana gəlir. Lent.az-ın məlumatına görə, qrup fevralın 14-də paytaxtın özəl məkanlarının birində konsert verəcək. Biletlərin qiyməti 30-35 manatdır və gecədə bir çox sürprizlər gözlənilir.

    Qeyd edək ki, qrup ötən ilin iyulunda Azərbaycana gəlmişdi. Qrup paytaxtın özəl məkanlarının birində müğənni Aysel Əlizadə ilə eyni səhnəni bölüşmüşdü.
#16.01.2014 08:47 0 0 0