Allahıma Sığınmışam

Son güncelleme:
  • Dərd almışam bu dunyadan,
    Istər dostdan, istər yaddan,
    Nagislərdən, nadanlardan,
    Allahıma sığınmışam.

    Ayaq açan yalanlardan,
    Nahaqqlardan böhtanlardan,
    Insan cildli şeytanlardan,
    Allahıma sığınmışam.

    Düşünərək ömrün sonun.
    Qabil tutub haqqın yolun.
    Qüdrətini bilib onun
    Allahıma sığınmışam.

    alıntı
0 0 0