Haqqın Yoluna

Son güncelleme:
  • Hədər yerə itirmə gəl ömrünü,
    Vaxt keçmədən qayıt haqqın yoluna.
    Dünya ləzzətinə satma özünü,
    Vaxt keçmədən qayıt haqqın yoluna.

    Çalışın qəlbiniz imanlı olsun,
    Gözünüz, qəlbiniz nur ilə dolsun.
    Qəlbinizdə Allah qorxususu olsun,
    Vaxt keçmədən seçin haqqın yolunu.

    Halalı haramdan ayıra bilsən,
    Tanrının əmrinə sən əməl etsən.
    Nə olar İslamın yolunu getsəm,
    Vaxt keçmədən qayıt haqqın yoluna.

    Dünyanın malından bəsdir əl çəkin,
    Şeytana yox, haqqa itaət edin.
    Həzrəti Muhamməd yolunu gedin,
    Vaxt keçmədən seçin haqqın yoluna.


    alıntı
0 0 0