Haqqım sənə haram olsun

Son güncelleme:
  • Nə etdimsə Allah bilsin,
    Qarşılığın Allah versin.
    Arxamda nə deyir desin,
    Haqqım sənə haram olsun.

    Çətinliyə düşən zaman,
    Köməyinə gəldim o an.
    Nə olar yanılar insan,
    Haqqım sənə haram olsun.

    Əlindən tutun oldum, mən,
    Cibində pulun oldum, mən.
    Təklikdə dostun oldum mən,
    Haqqım sənə haram olsun.

    Sözün düzü acı olar,
    Düzün dedim burda nə var?
    Demirəm ki, mənə yalvar,
    Haqqım sənə haram olsun.

    Qabil yazır, nə oldu ki,
    Kim uduzdu, kim uddu ki.
    Təəsüflə deyirəm ki,
    Haqqım sənə haram olsun.

    alıntı
0 0 0