Salam olsun sənə, ey aləmi heçdən var edən,
Salam olsun sənə, ey dağları başdan qar edən.
Salam olsun sənə, ey varlığını aşkar edən.
Səni kim hiss edərək görməsə hər dəm edər ah,
Nə qədər möcüzənin sahibisən, böyük Allah.
Salam olsun sənə, ey kainatın Mustafası,
Salam olsun sənə, İbrahimin hər dəm duası.
Salam olsun sənə ey, ümmətinin Ənbiyası,
Adıvı zikr eləyir göydə mələklər həmişə,
"Ya Məhəmməd" deyəcək aşiq ürəklər həmişə.
Salam olsun sənə, pak qəlbli ey Allah nökəri,
Salam olsun sənə, ey Allahın asla' nı, şiri.
Salam olsun sənə, peyğəmbərinin tək vəziri,
Əli can, sən Rəsulallahın əsil qardaşısan,
Dostusan, yoldaşısan,can-ciyəri, sirdaşısan.
Salam olsun sənə, ey var edən 11 imamı,
Salam olsun sənə, Qurban olaram al salamı.
Salam olsun sənə, Qur'andaki Kövsər məqamı,
Fatimə, sən ki Muhəmmədin ciyərparəsisən,
Əlinin qəlbdə qalan, sağalmayan yarəsisən.
Salam olsun sənə, ey həqqi görüb hünərlənən,
Salam olsun sənə, ey məzlum üçün kədərlənən,
Salam olsun sənə, ey dini üçün zəhərlənən.
Sən Həsənsən, Əlinin oğlu, Rəsulun nəvəsi,
Anası Fatimənin can balası, can nəfəsi.
Salam olsun sənə, ey mehmanı Kərbü-bəlanın,
Salam.olsun sənə bir qurbanı Kərbü-bəlanın.
Salam olsun sənə, ey sultanı Kərbü-bəlanın,
Hüsyn ibni Əli ba'şını qurban elədi,
Anası Fatimənin bağrını al qan elədi.
Salam olsun sənə, aşiqlərivin məhəbbəti,
Salam olsun sənə, ey sonsuz olan fəziləti.
Salam olsun sənə, bərqərar edən ədaləti,
Gəl, ağam, zühr elə tez, amandı, Sahibəs-Zaman,
Adilin qəlbi tikan-tikandı, Sahibəs-Zaman.