Deyirdim

Son güncelleme:
  • Niyə məndən küsdün yarım,
    Səndə idi ixtiyarım.
    Ey həytda etibarım,
    Mən ki, sənə can deyirdim.

    Telin yana töküləndə,
    Çöhrəndə ay söküləndə.
    Harda adın çəkiləndə,
    Əziz, mehriban deyirdim.

    Məhəbət şirindir baldan,
    Nuş edənlər düşər haldan.
    Ləzzət alıb bu əhvaldan,
    Sevgilimə can deyirdim.

    Rəxşəndəni qəlbən tanı,
    Onun kimi sevən hanı.
    İnsaf elə alma canı,
    Qoy alım qadan deyirdim.

    alıntı
0 0 0