Qorxuram

Son güncelleme:
  • Beş il bundan qabaq vuruldum sənə
    Çıxara bilmədim bunu aşkara.
    Axı uşaq idim o vaxt, deyirdim
    On altı yaş hara, məhəbbət hara.

    Üstündən beşcə il ötsə də yenə
    Eşqimi mən elan edə bilmədim.
    Bir anlıq üzbəüz durub səninlə
    "Mən səni sevirəm" deyə bilmədim.

    Hərdən istəyirəm deyim qəfildən
    Titrəyir əllərim, əsir dodağım.
    Düzü çəkinirəm, qorxuram səndən
    Qorxuram qırıla ümid yarpağım.

    Nə edim, qorxuram, çəkinirəm mən
    Nə ola, ilk sözü özün deyəydin.
    Ceyranım, eşqinlə, məhəbbətinlə
    Bu xəstə könlümə imdad edəydin.

    Müəllif: Habil Demir

    alıntı
0 0 0