İnsan və İblis

Son güncelleme:
  • Bir gün insanla iblis,
    Dayandılar üz - üzə.
    İblis hələ dinməmiş,
    İnsan başladı sözə.

    İnsan dedi : Ey iblis!
    Niyə düşmənsən mənə?
    Axı nədir günahım?
    Nə etmişəm mən sənə?

    Gah gəlirsən sağımdan.
    Gah çıxırsan solumdan.
    Xeyir işə girişsəm,
    Tez tutursan qolumdan.

    Niyə səcdə etmədin,
    Sən də mələklər kimi?
    Söylə təkəbbürünmü,
    Qəlbinə saldı kini?

    Artıq bu gündən sonra,
    İnanmaram sözünə.
    İslam adlı bir oxla,
    Batacağam gözünə.

    İblis heç düşünmədən,
    Sözə başladı birdən.
    Düz söylədin ey insan,
    Mən oddanam, sən gildən.

    Elə bu səbəb oldu,
    İtaətsizliyimə.
    Uca Allahın əmri,
    Toxundu mənliyimə.

    Mən Tanrı dərgahında,
    Lənətlənmiş biriyəm.
    Mən günah aləminin,
    Aslanıyam, şiriyəm.

    Qiyamət gününədək,
    Düşmənimsən sən mənim.
    Səndən əl çəkməyəcəm,
    Sənə olacam qənim.

    Hələ sağ - sol nədir ki,
    Altdan - üstdən gələcəm.
    Hər bir təqvasız qəlbi,
    Günah ilə dələcəm.

    Bu son sözümdür sənə,
    Düşmənimsən sonadək.
    Son nəfəsində belə,
    Səni buraxmaram tək.

    Müəllif: Vusal Huseyn

    alıntı
0 0 0