İslamın dirəyi sayılır namaz
Hər düşünən beyin bunu anlamaz
İbadət etməyən müsəlman olmaz
Gəl qıl namazını,tut orucunu
Allah qarşısında ver öz borcunu!
Yaranıb ibadət üçün bil insan
Ən böyük nemətdir Tanrıdan iman
Allahın Rəsulu gətirib quran
Tövhiddi məaddı bunlara inan
Ruzi qiyamətdə olmarsan viran
Qəbir əzabını keçirdər asan
Sonrasa nübuvvət imamət gəlir
Qəlbin zikr etməklə bil ki dincəlir
Allaha səcdə də insan yüksəlir
Namaz qıl canını qutar əzabdan
Qalma bu dünyada o cür savabdan