Çeşidlı cahanları yaratdı,qat-qat Allah,
Birində buzlu torpaq,birində həyat, Allah.
Ürəyində,dilində, ən sayğılı ad ,Allah!
Ömrünün hər anında sən bu ada hörmət et,
Allaha inam gətir,Allaha ibadət et!
İnsan oğlu ağılla, şüurla ucalmalı,
Yaşadıqca Allaha sevgidən,güc almalı.
Mərhəmətli,rəhmli,ınsanpərvər olmalı,
Bu gözəl dəyərləri sən,özünə adət et,
Allaha inam gətir, Allaha ibadət et!
Allaha inanmayan, içində daş gəzdirir,
Ürəyində sevgi yox,müdam, təlaş gəzdirır.
İnsanlığa,dünyaya,açıq savaş gəzdirir,
Allaha inanmayan hər kəsə sən, nifrət et!
Allaha inam gətir, Allaha ibadət et!