Qızarmış toyuq salatı

Son güncelleme: 27.01.2014 12:01
  • Tərkibi:

    2 ədəd toyuq döşü
    1 dənə kiçik boy kahı
    Arzuya görə roka, nanə, cəfəri
    Çox az duru zeytun yağı
    1 ədəd pomidor
    Bir ədəd qırmızı soğan
    Yarım çay stəkanı konservləşdirilmiş qarğıdalı
    duz, istiot

    Hazırlanması:

    1.Əvvəlcə qril və ya teflon tavada bir damlacıq yağ müşayiətində, toyuq ətlərinizi qısıq xodda bişməyə qoyuruq.
    2.Toyuq ətlərimiz bişərkən, gözəlcə yuduğumuz yaşıllıqlarımızı əlimizlə qıraraq servis qabımıza qoyuruq.
    3.Bütün vəsaitləri istədiyimiz şəkildə servis qabımıza yerləşdiririk.
    4.Son olaraq qızaran toyuq ətlərimizi Jülyen (uzun incə) doğrayaraq, qara bibər duz əlavəsi ilə yaşıllıqlarımızla qovuşdururuq.
    5.Arzuya görə bol nar turşusu və çox az duru zeytun yağı müşayiətində servis edib təqdim edirik..

    Nuş olsun!

    alıntı
#27.01.2014 12:01 0 0 0