Goplama

Son güncelleme:
  • Abel, bu dünyada qərib kim deyil?
    Salma nə ozana, nə həbə meyil.
    Nə yalvar, nə yaxar, nə də ki, əyil.
    Sevgi döşəyini altına sərib
    Göplama: - qəribəm, qəribəm, qərib.

    Bilirəm əzizim, həmin o dərdi,
    Söylə Leylisindən Məcnun nə dərdi?
    Mənimki o dərddən Vallah betərdi.
    Səs salma, eşidib sevinər hərif,
    Goplama:- qəribəm, qəribəm, qərib.

    Bir bardaq cay içib qalx sən ayağa,
    Deyəcək bil hamı sənə ay ağa...
    Canım, yaxın durmaz qurd da ayığa,
    Bəlkə, sən zökəmsən və yaxud qrip,
    Goplama:- qəribəm, qəribəm, qərib.

    Müəllif: Səxavət QAFARLI

    alıntı
0 0 0