Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 8 Ay 16 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Hayat
Hayat
137
Son güncelleme:
30.01.2014 15:56
BiR-DOST
Bilirsənmi necə var olmuşam mən?
Özümdən də qabaq "car" olmuşam mən,
Rəbbimin izniylə, bar olmuşam mən,
Məni əbədiyyət bağından dərib.
Zərrəni həkk edib zərrənin üstə,
Toplayıb, cəm edib-dəstəbədəstə,
Ruhumu canıma hörüb ahəstə,
Tələsən yellərin qoynuna verib.
Məni bu dünyaya baxıb getməyə,
Sel kimi coşmağa, axıb getməyə,
Dadından doymamış çıxıb getməyə,
Rəbbim yer üzünə qonaq göndərib.
Ey məni dərk edib, anlayan adam!
Həm sənə doğmayam, həm sənə yadam,
Taleyin işidir...məmnunam, şadam,
Bu fani cahanda qəribəm, qərib.
Məni əbədiyyət bağından dərib,
Tələsən yellərin qoynuna verib,
Rəbbim yer üzünə qonaq göndərib.
Bu fani cahanda qəribəm, qərib!
alıntı
#30.01.2014 15:56
0
0
0
Önceki Konu:
O gündən qəribəm fani dünyada
Sonraki Konu:
Eşqinlə cinun olmuşam
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board
izmit tıkanıklık açma