Qaranlıqdan gələn işıq

Son güncelleme: 07.02.2014 10:56
  • Qaranlıqdan gələn işıq,
    Bir qaranlıq təmasısan.
    Dadsam səni qaşıq-qaşıq,
    Tükənməyən dəryamısan?

    Dönüb olub göy qurşağı,
    Səmalarda körpü qurdun.
    Yeddi rəngin qarışığı,
    “Ağ rəng nədir?” deyib durdun

    Yada düşən acı-şirin,
    Bəlkə ötən xatirəsən?
    Pıçıldayıb həzin-həzin,
    Meh gətirən ləpəmisən?

    Sanki külək dəli olub,
    Əsib-coşur dayanmadan.
    Buludlarla səma dolub,
    Qara rəngə boyanmadan.

    Gah sızlayıb, gah dayanır,
    Qəlbi yoran acı kədər.
    Səhər məndən tez oyanır,
    Ömür-keçib gedir hədər.

    Tərk edilmiş, tənha, cahil,
    Burda izlər çox dolaşıq.
    Səni gözlər zülmət sahil,
    Qaranlıqdan gələn işıq.


    alıntı
#07.02.2014 10:56 0 0 0